Siyasət

Türkiyə Ermənistan-Azərbaycan sərhədində azərbaycanlı hərbçilərin həlak olması ilə əlaqədar başsağlığı verib

Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədində Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində erməni tərəfinin genişmiqyaslı təxribatı nəticəsində baş vermiş hərbi toqquşma barədə həmkarına məlumat verib və bildirib ki, erməni tərəfinin bu addımının qarşısı qətiyyətlə alınıb.

Öz növbəsində Akar Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.

O, Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi qeyd edib.

Telefon danışığı zamanı iki qardaş ölkənin müdafiə naziri yaranmış vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar.

Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatı keçirdiyi bölgədə (İraqın şimalında Pençe-Kilit əməliyyatı) türk hərbçilərin həlak olması ilə əlaqədar Türkiyə tərəfinə başsağlığı verib.

Bənzər yazılar

Back to top button