Dünya

ABŞ-dan şok iddia: “Türkiyədə nüvə silahı var”

Amerikanın “New York Times” qəzeti Türkiyə ilə ABŞ arasındakı gərginliyi 9 sualdan ibarət manşet ilə dəyərləndirib.

“A24.az”ın Türkiyəyə istinadən verdiyi xəbərə görə, qəzet, varlığı heç bir zaman rəsmi şəkildə təyin edilməyən Amerika nüvə silahlarının Türkiyədən geri alınmasının çağırışını etdi və “bu silahları Türkiyə-Amerika münasibətləri çökmədən daşımaq ağıllı seçim olacaq” ifadələrini işlədib.

ABŞ-ın məşhur qəzetlərindən olan “New York Times” (NYT) Vaşinqtonla Ankara arasında yaşanan gərginliyi dəyərləndirdiyi manşet yazıda ABŞ-ın Türkiyədə tutduğu iddia edilən və varlığı heç bir zaman rəsmi şəkildə qəbul edilməyən nüvə silahlarının təhlükəsizlik baxımından geri qaytarılması üçün çağırışı yer alıb.

Times “Bu silahları Türkiyə-Amerika münasibətləri çökmədən daşımaq ağıllı seçim olacaq. Silahların Amerikanın başçılığı ilə koalisiya qüvvələrinin Rakkanın İŞİD-dən alınmasından sonra sürətli və gizli şəkildə geri alınması yaxşı olacaqdır” deyə qeyd edib.

Bənzər yazılar

Back to top button