Siyasət

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti “şərh edir”

Çərşənbə axşamı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini şərh edib.

“2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistan- Azərbaycan sərhədində ağır silahlar və pilotsuz uçuş aparatlarının tətbiqilə toqquşma baş verib. Nəticədə ölənlər və yaralananlar var.

Güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin yoluna qoyulması üçün yalnız siyasi-diplomatik metodlardan və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış razılaşmalardan istifadə edilməlidir.

Bu il 13 sentyabr saat 09:00-dan təmas xəttində atəşkəs əldə edilməsilə bağlı Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk.

Ermənistan Respublikasına yardım göstərilməsilə bağlı erməni tərəfinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasına müraciətilə əlaqədar təşkilatın katibliyi vəziyyətin nizamlanması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Birləşmiş Qərargahı ilə birlikdə təşkilatın mexanizmlərinin cəlb edilməsi üzrə iş təşkil edib.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq”, – şərhdə deyilir. (Turan)

Bənzər yazılar

Back to top button