Siyasət

Peskov: “Putin gərginliyin səngiməsi üçün səy göstərir”

Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün səylər göstərir. Bu barədə çərşənbə axşamı Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya Federasiyasının rolunu, şəxsən Putinin rolunu qiymətləndirmək çətindir. Prezident sərhəddə vəziyyətin deeskalasiyası üçün bütün səyləri göstərir”, – Peskov jurnalistlərə deyib.

“Gecə Ermənistanın baş naziri Paşinyanla telefon danışığı olub. Ermənistan-Azərbaycan sərhədində vəziyyət müzakirə olunub. Hazırda ekspertlər səviyyəsində intensiv iş aparılır. Nəticə əldə olunduqdan sonra sizə məlumat verəcəyik”, – Peskov deyib.

Bənzər yazılar

Back to top button