Hadisə

Vəkillər Elçin Sadıqovla görüşə buraxılmır

Vəkillər Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan vəkil Elçin Sadıqovla görüşə bilmirlər. Bunu Sadıqovun xanımı, vəkil Zibeydə Sadıqova bildirib. O, vəkillərin Elçin Sadıqovla görüşməsilə bağlı Baş Prokurorluğun açıqlamasını təkzib edib.

Onun sözlərinə görə, iş üzrə müstəntiq Sadıqovun üç vəkilinin müraciətlərinə və telefon zənglərinə cavab vermir.

Vəkillərin Sadıqovla görüşə buraxılmaması onun yaxınlarının dərin narahatlığına səbəb olur, xanımı qeyd edib.

Xatırladaq ki, sentyabrın 11-də Elçin Sadıqov və Əvəz Zeynallı Baş Prokurorluğun mətbuatda yayılan məlumatlar əsasında qaldırdığı “rüşvət alma” işi üzrə həbs ediliblər.

Onların hər ikisi ittihamları rədd ediblər. (Turan)

Bənzər yazılar

Back to top button