Siyasət

Azərbaycan XİN-dən ABŞ-ın ittihamlarına cavab

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Məlumatda təxribatların qarşısının alınması məqsədilə cavab tədbirlərinin görüldüyü və hər iki tərəfdən itkilərin olduğu bildirilib.

Hadisə ilə əlaqədar olaraq ABŞ Dövlət Departamenti yaydığı bəyanatda Azərbaycanı Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr endirməkdə təqsirləndirib.

Yeniavaz.com ABŞ-ın bu addımı ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edib.

Qurumun mətbuat katibi Leyla Abdullayeva məsələ ilə əlaqədar Azərbaycanın rəsmi mövqeyinin Xarici İşlər Nazirliyinin açıqlamasında verildiyini bildirib.

O, həmçinin qeyd edib ki, burada söhbət Azərbaycana olan hücumdan, Azərbaycanın ərazi bütövlüyündən, mülki əhali və hərbi qulluqçuların təhlükəsizliyindən gedir.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bu barədə deyilir:

“Ermənistan tərəfindən guya Azərbaycan ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır”.

Bənzər yazılar

Back to top button