İqtisadiyyat

Araz Ağalarovun şirkəti cərimə oluna bilər

“Crocus Trading” MMC gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham olunur.

Qaynarinfo xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə iş başlanıb.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Elməddin Hüseynov iş üzrə hakim təyin edilib. Məhkəmə iclasının vaxtı barədə məlumat yoxdur.

483-cü maddədə izibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, “Crocus Trading” MMC 10 mart 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 24 AZN olan şirkətin qanuni təmsilçisi Ağalarova Cəmilə Teymur qızıdır.

Cəmilə Ağalarova həmçinin “Crocus Group” şirkətinin törəməsi olan “Crocus Trading”, “Crocus Construction”, “Crocus Fitness”, “Crocus Plus” və “Crocus İnteriors” şirkətlərinə rəhbərlik edir. “CrocusGroup” şirkətinin isə Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olduğu sirr deyil.

Mediada yayılan məlumatlara görə, Cəmilə Ağalarova Araz Ağalarovun yaxın qohumudur.

Bənzər yazılar

Back to top button