Dünya

Media: ABŞ alim Sirus Əsgərini İrana qaytarmağa hazırdır – ŞƏRT

ABŞ hakimiyyəti tezliklə həbs edilmiş İran alimi Sirus Əsgərini ölkədən deportasiya edə bilər, onun İranda saxlanılan ABŞ vətəndaşlarından hər hansı birinə dəyişdirilməsi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat verib.

Bir sıra mənbələr agentliyə izah edib ki, 2018-ci ildə İranda saxlanılan amerikalı Maykl Uayt mübadilə üçün mümkün namizəd ola bilər.

Bundan əvvəl İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif məhkəmənin bəraət verməsinə baxmayaraq, alimin hələ də ABŞ-da saxlanıldığını dəfələrlə qeyd edib.

Bənzər yazılar

Back to top button