Siyasət

Müxalifət “Siyasi partiyalar haqqında”alternativ qanun layihəsini hazırlayacaq

Çərşənbə axşamı Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları ötən gün hakimiyyət tərəfindən parlamentə təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsilə bağlı vətəndaş cəmiyyəti və mətbuat nümayəndələrinin iştirakı ilə dinləmələr keçirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı bu qanun layihəsini Azərbaycanın partiya sisteminin hakim rejim tərəfindən qəsb edilməsinə yönələn mürtəce layihə kimi qiymətləndiriblər.

Qanun layihəsi vətəndaşların ölkənin siyasi sistemində iştirak hüquqlarını kəskin şəkildə məhdudlaşdırır, Azərbaycan Respublikasının Konstitusiyasına və dövlətin beynəlxalq öhdəliklərinə ziddir.

Cəmiyyətin geniş təbəqələrinin iştirakı ilə alternativ qanun layihəsinin hazırlanması üçün müxalifət partiyalarının nümayəndələrindən və ekspertlərdən ibarət komissiyanın yaradılması barədə qərar qəbul edilib. Həmçinin sosial şəbəkədə iki qanun layihəsi – hakimiyyətin təqdim etdiyi və müxalifətin hazırladığı qanun layihələri üzrə xüsusi ictimai səsvermənin keçirilməsi nəzərdə tutulur.

Həmçinin artıq parlamentə təqdim edilmiş qanun layihəsinin ekspertizası keçiriləcək və onun nəticələri Azərbaycanın üzv olduğu beynəlxalq instititlara təqdim olunacaq.(Turan)

Bənzər yazılar

Back to top button