GündəmSiyasət

Ermənistan Laçın və Kəlbəcəri atəşə tutmağa davam edir – Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin sentyabrın 14-də səhər yaydığı məlumatda deyilir.

Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

“Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür”, deyə press-relizdə qeyd edilir.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanı bu istiqamətdə Ermənistanın sərhəddə yerləşən ərazilərinə atəş açmaqda ittiham edir.

Bənzər yazılar

Back to top button