GündəmManşetSiyasət

Paşinyan itkiləri açıqladı: Azərbaycan Ordusu Ermənistanın ərazisinin müəyyən hissəsinə nəzarəti təmin edib

Sentyabrın 13-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlər nəticəsində Ermənistan ordusunun 105 hərbçisinin həlak olması məlumdur.

AzToday.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrn 14-də parlamentdə deyib.

N.Paşinyan Ermənistan KTMT-nə müraciət etdiyini də söyləyib: “Təşkilatın IV maddəsinə əsasən ölkənin ərazi bütövlüyünü bərpa etmək və Azərbaycan ordusunun Ermənistandan çıxarılmasını təmin etmək üçün müraciət etmişik. Bizim müttəfiqlərimiz Rusiya Federasiyası və KTMT-dir”.

Paşinyan bildirib ki, biz dəhliz verməyəcəyik, başqalarının fikri bizim üçün ikinci dərəcəlidir: “Üçtərəfli sazişdə dəhlizin açılması ilə bağlı heç bir bənd yoxdur”.

“Əsgərlərimiz, könüllülərimiz şir kimi döyüşürlər. Mən bütün erməni xalqı adından onlara təşəkkür etmək istəyirəm”, – deyə Baş naziri əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Ermənistanın ərazisinin müəyyən hissəsinə nəzarəti təmin edib.

“Biz heç kimə Ermənistanın ərazisindən dəhliz vermək fikrində deyilik. Amma biz Ermənistanın ərazisindən yolların açılmasını qəbul edirik və hətta maraqlıyıq”, – deyə Paşinyan əlavə edib.

Baş nazir Ermənistan Silahlı Qüvvələrinin hansısa təxribata əl atmasını təkzib edib.

Onun sözlərinə görə, bu vəziyyət ilk növbədə Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesi ilə bağlıdır.

O, Ermənistanın qəbul etdiyi və təklifləri ilə əlavə etdiyi sülh müqaviləsi ilə bağlı Azərbaycanın yazda təqdim etdiyi beş prinsipi xatırladıb.

Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi Yerevanın təkliflərini qəti şəkildə rədd edərək Qarabağ məsələsinin bağlandığını bildirib.

Bənzər yazılar

Back to top button