İdman

Asiyanın ən yaxşısı açıqlandı – Ronaldunu qabaqladı

“Tottenhem”in və Cənubi Koreya millisinin hücumameylli yarımmüdafiəçisi Son Xın Min Asiyanın 2023-cü il üçün ən yaxşı futbolçusu seçilib.

Fanat.az xəbər verir ki, o, asiyalı futbol jurnalistləri və ekspertləri arasında səsvermədə qalib gəlib.

Mükafat Asiya Futbol Konfederasiyasını təmsil edən çempionatlarda çıxış edən futbolçular arasından seçilir.

Beləliklə, Son karyerasında doqquzuncu və ardıcıl yeddinci dəfə bu mükafatı qazanıb. 2023-cü ildə o, 22,9 faiz səslə Kim Min Je (19,54) və Kriştianu Ronaldunu (17,06) qabaqlayıb.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ildən “Tottenhem”də çıxış edir.

Bənzər yazılar

Back to top button