GündəmManşetSiyasət

Paşinyan lənətlənəcəyi sülhə imza atmağa hazırdır

Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü bildirib ki, sentyabrın 12-13-də hərbi əməliyyatlar nəticəsində Azərbaycan 10 kv, kilometr Ermənistan ərazisi “işğal edib”. Bundan əvvəl isə bu il mayın 12-də Azərbaycan daha 40 kvadrat kilometr ərazini “ələ keçirib”. O, bunu parlamentin deputatları qarşısında çıxışı zamanı deyib.

“Mən sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərimə götürdüm. Amma çətin qərarlar Ermənistanın dövlət maraqlarına zidd qərarlar demək deyil. Biz Ermənistan Respublikasında təhlükəsizliyin, davamlı sabitliyin və sülhün təmin edilməsi üçün qərarlar qəbul etməliyik”, – o bildirib.

“Biz elə sənəd imzalamaq istəyirik ki, buna görə çoxları bizi tənqid edəcək, çoxları söyəcək, çoxları bizi “satqın” adlandıracaq, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Lakin biz istəyirik ki nəticədə 29 800 kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik əldə edəcək.

Bunun təmin edəcəyi sənədi, açıq deyirəm, imzalayacağam. Mənim başıma nə gələcəyi maraqlandırmır, vacibi – Ermənistanın başına nə gələcək”, – Paşinyan bildirib.

O, vurğulayıb ki, Azərbaycan “ələ keçirilən” torpaqları azad etməsə, Ermənistan sülh sazişi imzalamayacaq. O, həmçinin qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd SSRİ sərhədlərindən keçməlidir.

O, daha sonra bəyan edib ki, Ermənistan heç bir halda öz ərazisindən dəhliz yaratmayacaq. Eyni zamanda, Brüsseldə keçirilən görüşdə Ermənistan kommunikasiyaların açılması ilə bağlı təkliflərini Azərbaycana təqdim edib, deyən Paşinyan onların detallarını açıqlamayıb.(Turan)

Bənzər yazılar

Back to top button