GündəmManşetSiyasət

BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistanı sülhə çağırıb

Çərşənbə günü keçirilən iclasda BMT Təhlükəsizlik Şurasının üzvləri Bakı ilə Yerevan arasında tezliklə atəşkəs əldə olunmasının lehinə danışıblar, Təhlükəsizlik Şurası tərəfindən bəyanat hazırlanır. Bu barədə RİA-Novosti-yə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.

«Hamı yekdilliklə tezliklə atəşkəs və vəziyyətin siyasi-diplomatik vasitələrlə nizamlanmasının tərəfdarı olduğunu bildirib”, – Nebenzya bildirib.

Onun sözlərinə görə, Moskva təkid edir ki, bəyanatda Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020 və 2021-ci illərdəki üçtərəfli bəyanatlarına istinad olmalıdır ki, bunlar iki ölkə arasında münasibətlərin normallaşması üçün əsasdır.

Bənzər yazılar

Back to top button