İqtisadiyyat

Milyonlarla bank kredit hesabına qurulan zavod niyə xarici investora verildi?

2021-ci il dekabr ayının 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus payının (3.8 milyon manat dəyərində) satışı üzrə investisiya müsabiqəsinə yekun vurulub. Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin (PSC) yerli törəmə müəssisəsi olan “AzAbrau” MMC investisiya müsabiqəsinin qalibi elan olunub. Bu barədə ətraflı bir qədər sonra… Əsası 2006-ci ildə qoyulmuş Şəki şərab zavodu Şəki rayonu, Çələbixan qəsəbəsində 0.29304 ha torpaq sahəsində yerləşir. Zavod Azərbaycan Beynəlxalq Bankının (ABB) krediti ilə qurulan 40-a yaxın müəssisədən biridir.

Qurumun internet saytında yerləşdirilən məlumata görə müəssisənin əsas istehsal sahəsi 1847.17 m²,köməkçi sahə isə 910m² ibarətdir. Ərazidə inzibati bina, qablaşdırma sexi, istehsal sexi, üzüm qəbulu sexi ,tərəzi binası, gözətçi binası, qonaq evi, idarə binası,nasos binası və s. yardımçı binalar yerləşir. Müəssisənin illik istehsal gücü 3000 ton üzüm email təşkil edib. İllik şərabı materialı istehsal gücü 200.000 dekalitrdir ki, bu da 2660000 şüşə üzüm şərabı istehsalı deməkdir. Zavodda iki ədəd ağ və qırmızı üzüm emalı üçün, bir ədəd elit şərabların istehsalı üçün müasir üzüm qəbulu xətti var. Bundan əlavə fermentləmə, qıcqırma (ağ və qırmızı üsulla), texnoloji emal və kupaj sexləri yaradılıb. Şərabın soyuq emalı sexi tam avtomatlaşdırılıb. Zavodda xeyli növdə -Saperavi, Caberne, Şiraz, Merlo, Şardone, Sovinyon blank, Muskat üzüm qəbul olunub. Bu üzümün emalından 50000 dal şərab materialı istehsal edilib. Zavod şərab emalı üçün ən yüksək keyfiyyətli, müasir dövrlə ayaqlaşan İtaliyanın ən məşhur markası olan “Della Toffola” avadanlıqları ilə təchiz olunub. Qeyd edək ki, sözgedən müəssisə 2015-ci ildə ABB-də baş verən hadisələrdən sonra götürülən kreditləri qaytara bilməyib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ABB-nin balansından çıxarılaraq “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına verilib. Beləliklə Bankın 2016-cı il yanvarın 1-nə 5 628,923 mln. manat həcmində problemli kreditləri “Aqrarkreti” QSC-yə ötürülüb.

Təxminən iki il sonra bir sıra müəssiələrlə yanaşı – “ASK Şəki Şərab” zovodu da Prezidentin 2017-ci il 6 noyabr tarixli Fərmanına əsasən yaradılmış “Azərbaycan Sənaye Korporasiyası (ASK)” ASC-nin tərkibinə verilib. 01 mart 2018-ci il tarixində müəssisə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibində “ASK Şəki Şərab” MMC adı ilə dövlət qeydiyyatından keçirilib. Öytən 4 il müddətində müəssisənin fəaliyyətində ciddi inkişaf qeydə alınmayıb, əksinə, zovod yüksək keyfiyyətli texnologiyalarla təchiz olunsa da, istehsal gücünün 20 faizi civarında işləyə bilməyib.

Bu tənəzzül ASK-nin İdarə Heyətinin sədri Kamran Nəbizadənin 2019-cu ilin noyabrında verdiyi müsahibədə də görmək mümkündür. Nəbizadə bildirib ki, məqsədlərindən biri istehsal olunan şərabların keyfiyyətinin dünya bazarlarının tələblərinə, müasir standartlara uyğunluğunu təmin etməklə mövcud bazarlarda öz payını əhəmiyyətli dərəcədə artıra bilməkdir:

“Son bir il ərzində “ASK Şəki Şərab” zavodu istehsal etdiyi şərabların daxili və xarici bazarlarda satışını həyata keçirib. Bu günlərdə zavodun məhsullarının qədim şərabçılıq ənənələri olan İspaniyaya tədarük olunması barədə razılaşma əldə olunub. Razılaşmaya əsasən, Barselonaya ayda 100 min şüşə şərab göndərilməsi nəzərdə tutulur. Daha bir razılaşma Rusiya Federasiyası ilə əldə olunub və yaxın aylarda məhsulların ilk partiyası bu ölkəyə tədarük ediləcək. Zavod belaruslu tərəfdaşlarla da danışıqlar aparır və ilin sonunadək məhsullarımız həmin ölkənin də bazarına çıxarılacaq. Zavod Belçika, Çin və Qazaxıstana da şərab ixracını təşkil etməyi nəzərdə tutur. İstehsal olunan şərabların nümunələri artıq bu ölkələrə göndərilib və yüksək qiymətləndirilib. Yaxın gələcəkdə həmin ölkələrin şirkətləri ilə müqavilələrin bağlanılması planlaşdırılır…”

Beləliklə, K.Nəbizadənin dedikləri ancaq gələcəkdə qeyri-müəyyən zaman kəsiyində həyata keçirləcək məqsədlərdən ibarətdir. O, “Şəki Şərab” zavodunun ASK-nin tabeliyində olduğu dövrdə parlaq uğurularından misal gətirə bilməyib. ASK-nin tabeliyi dövründə onun qanuni təmsilçisi Həsənov Vidadi Cəmil oğlu olub. Nizamnamə kapitalı isə 5527554.00 manat təşkil edib. İndi qayıdaq “Şəki Şərab” MMC-nin Rusiya Federasiyasına məxsusus “Abrau-Durso” PSC şirkətin Azərbaycandakı törəmə müəssisi “AzAbrau” MMC-yə satılmasına.

Qeyd edək ki, bu müəssisə dövlət qurumlarına kifayət qədər borclu olub. Belə ki, müəssisənin nizamnamə kapitalı 4 500 000 manat, öhdəlikləri 535 744 manat, debitor borcları 233 245 manat təşkil edir. Cəmiyyət haqqında məlumat (01 noyabr 2021-ci il tarixinə)

Hüquqi ünvanı: Şəki rayonu, Çələbixan qəsəbəsi

Əsas fəaliyyət növü: Üzümdən şərab istehsalı və satışı

Nizamnamə kapitalı: 4 500 000 (dörd milyon beş yüz min) manat

Əhatə etdiyi sahə və tikililərin xarakteristikası: cəmiyyətin Texniki pasportunda göstərilmişdir

Cəmiyyətin digər müəssisələrdə iştirak payı: yoxdur

Qeyri-maddi aktivlər: yoxdur

Cəmiyyətinin ekoloji vəziyyəti: qənaətbəxş

Ştat üzrə işçilərin sayı: 31 nəfər

Cəmiyyətin öhdəlikləri: 535 744 (beş yüz otuz beş min yeddi yüz qırx dörd) manat o cümlədən,

– dövlət büdcəsinə olan borclar 40 467 (qırx min dörd yüz altmış yeddi) manat

– DSMF-yə olan borclar 16 397 (on altı min üç yüz doxsan yeddi) manat – əmək haqqı və ona bərabər tutulan borclar 36 856 (otuz altı min səkkiz yüz əlli altı) manat –

sair borclar 442 024 (dörd yüz qırx iki min iyirmi dörd) manat

Debitor borcları: 233 245 (iki yüz otuz üç min iki yüz qırx beş) manat

Dekabrın 27-də bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi dövlət büdcəsinə 1.920.000 manat məbləğində pul vəsaitinin köçürülməsini, müəssisənin inkişafı üçün ümumi həcmi 4.500.000 manata yaxın məbləğdə təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” MMC həmçinin, müəssisənin ümumi məbləği 535.000 manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarının ödənilməsini təmin etməlidir.

“AzAbrau” MMC Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur. “Abrau-Durso” PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının ilk növbədə Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətindədir.

“Abrau-Durso” PSC-nin prezidenti Pavel Titov imzalanma mərasimindən sonra deyib:

“Bizim üçün bu, ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının reallaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsus və unikal dadı ilə seçilir. Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük”.

Böyük şərabçılıq və biznes təcrübəsinə malik “Abrau-Durso” PSC şirkətlər qrupu dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir. Rusiyanın ən böyük şərab satıcısı olan “Abrau-Durso” Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir. “Abrau-Durso” Rusiyada 5 tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distributorluğa malikdir. 4 şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 mln. butulkadan çox məhsul satışına müvəffəq olub. Şirkətin 3 böyük üzüm bağı, 6500 hektardan çox torpaq sahəsi və “Abrau-Durso” brend mağazaları var”.

Dövlət Vergi Xidmətinin informasiya bazasından əldə etdiyimiz məlumata görə, “AzAbrau” MMC-nin qanuni təmsilçisi Alexander Kharthırov Alekseyeviçdir, nizamnamə kapitalı 16.1000 min manatdır. “Şəki Şərab” MMC-dən aldığımız məlumata görə zavod rusların gəlişini gözləyir. “İmzalanan müqaviləyə görə milyonlarla manat investisiya yatırılacaq, yeni istehsal sahələri, məhsul çeşidləri yaradılacaq. Hazırda müəssisədə vəziyyət yaxşı deyil, ancaq bəzi məhsullardan şərab materialı istehsal olunur. Ayın sonlarına qədər müəssisənin yeni sahibləri gələcək, daha sonra işə başlayacaqlar. Bəlkə o zaman yeni işçilər götürülə və avadanlıqalrdan istifadə edilə”,-deyə adının çəkilməsini istəməyən zavod işçisi deyib.

Gununsesi.info

Bənzər yazılar

Back to top button