İqtisadiyyat

Məşhur mağazalar şəbəkəsinin 9 filialı bağlandı – 181 min borcu var…

Rəqəmsal və məişət texnikası satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən birinə sahib olan “Optimal Elektronika” MMC bu ilin ilk yarısı üçün maliyyə hesabatını açıqlayıb.

Yeniavaz.com şirkətin hesabatına istinadən bildirir ki, “Optimal” bu ilin birinci yarısını 775 min 892 manat xalis mənfəətlə başa vurub.

Şirkət 6 ayda 268 min 973 manat mənfəət vergisi ödəyib.

Qeyd edək ki, bu günə olan məlumata görə “Optimal”ın dövlət büdcəsinə 180 min 825 manat 58 qəpik vergi borcu qalmaqdadır.

Bundan başqa son 3 ayda “Optimal”ın əməkdaşlarının sayı 100 nəfər azalaraq 1097-yə düşüb. Həmçinin, bu ilin əvvəlindən ötən 6 ay ərzində “Optimal”ın 9 filial – “20 Yanvar”, “Ağdam”, “Bakıxanov-1”, “Beyləqan Mebel”, “Masazır”, “Mərdəkan”, “Nizami”, “Sabunçu”, “Xırdalan-2” filialları bağlanıb.

Məlumat üçün bildirək ki, “Optimal Elektronika” MMC 27.11.2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 milyon 485 min 360 manat olan MMC-nin qanuni təmsilçisi Əsgərov Əhəd Tofiq oğludur.

Bənzər yazılar

Back to top button