GündəmManşetSiyasət

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək – Pol Qoblun Soçi görüşü haqqında şərhi

Məşhur amerikalı politoloq Pol Qobl Soçidəki üçtərəfli görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı xüsusi nailiyyətlər əldə edildiyini düşünmür.

O, Putin-Əliyev-Paşinyan görüşünün yekunlarını Turan Agentliyinə şərh edərkən belə deyib: “Soçidəki görüş prosesi irəlilətmək üçün az iş görüb. Orada yalnız bəyanatlar olub, amma əsas məsələlərlə bağlı sazişlər olmayıb. Laçın və Qarabağın Ermənistana aid əraziləri ilə bağlı qərar olmadıqca sərhədlərin delimitasiyası mümkün deyil”, deyə o bildirib.

Üçtərəfli görüş real dialoqun başlanğıcını qoya və nəqliyyat kommunikasiyalarının açılması prosesinə təkan verə bilərmi? Bu suala politoloq belə cavab verib: “Bunun necə ola biləcəyini görmürəm. Bütün görüş tərəflər arasında razılaşmaların əldə edilməsindən daha çox Rusiyanın müsbət rolunun vurğulanmasına həsr edilmişdi”.

Politoloq Rusiyanın Ermənistan və Azərbaycan arasında barışıq prosesini başa çatdırmaq üçün siyasi iradəsinin olub-olmaması haqqında suala da mənfi cavab verib. “Xeyr, Moskva görüşlər təşkil etməyə və bəyanatlar verməyə davam edəcək, amma onun öz marağı münaqişənin davam etməsinə şərait yaratmaqdan ibarətdir. Bu və ya digər tərəfin süqutu və nizamlanmanın qəbul etdirilməsi regionda Moskvanın təsirini heçə endirir”, Qobl belə hesab edir.

Bu halda Qərb Ermənistana və Azərbaycana nə təklif edə bilər?

Bu suala politoloq belə cavab verib: “Bu halda Qərb ABŞ və Fransadır, onlar çox da fəal deyillər. Amma Əliyev və Paşinyanın Brüsseldə NATO-nun qərargah-mənzilində keçiriləcək görüşü vəziyyəti dəyişdirə bilər”.

Bənzər yazılar

Back to top button