GündəmSiyasət

ABŞ hərbi əməliyyatların dayandırılması üçün Bakı və Yerevanla fəal əməkdaşlıq edir

Çərşənbə günü Bayden administrasiyası bildirib ki, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərə əvvəlkitək “dərindən cəlb olunub” və “hərbi əməliyyatların dayandırılması və gərginliyin səngiməsi üçün mümkün olan hər şeyi etməyə hazırdır”. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Ned Prays mətbuat üçün keçirdiyi brifinqdə bildirib.

“Dövlət katibi Blinken, səfir Riker, dövlət katibinin köməkçisi Donfrid Bakı, Yerevan və digər əlaqədar tərəflər və tərəfdaşlarla söhbətlər aparıblar”, – Prays deyib.

Səfir Riker hələ də Bakıdadır və Azərbaycan rəhbərliyi ilə görüşüb. Çərşənbə günü dövlət katibinin köməkçisi Donfrid xarici işlər naziri Bayramovla danışıb.

Gələn həftə ABŞ-ın yardımı ilə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında hər iki tərəfin mümkün görüşü ilə bağlı Turan-ın sualının cavabında Prays deyib ki, bu mövzuya dair danışıqların məzmununu açıqlamaq istəməzdi.

“Biz hər iki ölkənin rəsmi şəxslərinə açıq şəkildə işarə etdik və açıq şəkildə bəyan etdik ki, zorakılığın dərhal dayandırılması və irəliləmək üçün ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı fəaliyyətə hazırıq”, – Prays deyib.

Bənzər yazılar

Back to top button