Dünya

Dövlət Departamenti: Rusiya Ukraynada hərbi cinayətlər törədib

Ukraynanın şərqdəki uğurlarından sonra ölkədə vəhşiliklərə sübutların hərbi cinayətlər üzrə müstəntiqlər tərəfindən yoxlanıldığı ərazilərin sayı artdıqca, çərşənbə günü Dövlət Departamenti “rusiyalı vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması ilə nəticələnəcək bütün səylərə” öz dəstəyini ifadə edib”, – mətbuat katibi Ned Prays brifinq zamanı bildirib.

“Rusiya qüvvələrinin hərbi cinayətlər, insanlığa qarşı cinayətlər törətdiyinə şübhə yoxdur”, -Prays deyib.

“Bayden administrasiyası Rusiyanın hərəkətlərini təsvir etmək üçün “soyqırım” sözünü işlətməyə hazırdırmı?” sualının cavabında Prays deyib ki, Dövlət Departamenti onları toplayaraq və təhlil edərək beynəlxalq tərəfdaşlarla işləyir. Biz bu cinayətlərdə əli olanların məsuliyyətə cəlb edilməsi üçün bütün səyləri dəstəkləyirik”, – o əlavə edib. (Turan)

Bənzər yazılar

Back to top button