Dünya

Ərdoğan və Zelenskinin görüşü başladı – VİDEO

Tarixi görüş üçün Ukraynanın Lvov şəhərinə gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pototski sarayında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 15:40-da başlayıb.

Buradakı təkbətək görüşdən sonra iki lider və BMT-nin baş katibi Antonio Quterreş görüşəcək.

Görüşdən sonra Ərdoğan, Zelenski və Quterreş birgə mətbuat konfransı keçirəcək.

Bənzər yazılar

Back to top button