İdman

Messidən unikal nəticələr

PSJ-nin futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qol.az “Opta”ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu buna ötən gecə qrup mərhələsinin 2-ci turunda “Makkabi” (Hayfa, İsrail) ilə görüşdə (3:1) fərqlənməklə nail olub. Nəticədə o, ÇL-də 18 mövsümdə qol vurub. Bu, rekord göstəricidir. “Real”ın forvardı Kərim Benzema 2022/23 mövsümündə Çempionlar Liqasında qol vursa, Messiyə çata bilər. İndiyədək fransalı futbolçunun 17 mövsümdə qolları var.

Kriştiano Ronaldo (“Mançester Yunayted”) və Rayan Giqqs (karyerasını başa vurub) isə Çempionlar Liqasının 16 mövsümündə qol vurublar.

Həmçinin Lionel Messi karyerası ərzində ÇL-də 19 fərqli ölkədən ümumilikdə 39 komandaya qol vurmağı bacarıb. Bu, rekorddur. Kriştiano Ronaldonun hesabında isə 38 komanda var.

Bənzər yazılar

Back to top button