Dünya

Mariupolda 400 min insan mühasirədə qalıb

“Ukraynanın Mariupol şəhərində atəş altında qalan mülki vətəndaşlar iki gün cəhənnəm əzabı çəkiblər. Rusiyanın hər 30 dəqiqədən bir hücumları mühasirədə olan liman şəhərindən təxliyə cəhdlərini boşa çıxarıb”.
Bizimyol.info xəbər verir ki, şəhərin mer Vadim Boyçenkonun Rusiya qüvvələrinin yaşayış binalarına amansız və məqsədyönlü hücumlarını davam etdirdiyini bildirib.

Onun sözlərinə görə, Mariupolda mühasirədə 400 minə yaxın insan qalıb.

“Hər 30 dəqiqədən bir təyyarələr Mariupol şəhəri üzərindən uçaraq yaşayış massivlərini bombalayır. Mülki şəxsləri – qocaları, qadınları, uşaqları öldürürlər. Rusiya ordusunun sulh yaratmaq missiyası, böyüklüyü budurmu?”, – deyə o, onlayn yazısında qeyd edib.

Rəsmilərin bildirdiyinə görə, atəşə məruz qalan mülki şəxslər Mariupolu tərk edə bilməyiblər.

Merin müşaviri Petro Andruşenko deyir ki, ruslar “bizim insanları məhv etmək istəyirlər. İstənilən evakuasiyanı dayandırmaq istəyirlər”.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, şəhərin 10 günlük mühasirəsi azı 1300 nəfərin ölümü ilə nəticələnib. Şəhər strateji əhəmiyyət kəsb edir, çünki onun tutulması Rusiyaya şərqdəki Moskvayönlü anklavları və Rusiyanın ilhaq etdiyi Krımı cənubla birləşdirməyə imkan verəcək.

Bənzər yazılar

Back to top button