Siyasət

Rusiya Xarici İşlər Nazirliyi: Eskalasiyaya baxmayaraq, sülh müqaviləsi üzrə iş davam edir

Gərginliyin artmasına baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə iş davam edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova cümə axşamı Moskvada brifinqdə deyib.

“Rusiya lazımi yardımı göstərir. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri, Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan nizamlanması üzrə xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda, 13-14-də isə Yerevanda olub”, – Zaxarova deyib.

Onun sözlərinə görə, əsas mövzu sülh müqaviləsi layihəsinin müzakirəsi olub. Rusiya tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır. Zaxarova qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin aüçtərəfli razılaşmaları nizamlanma üçün əsas olaraq qalır.(Turan)

Bənzər yazılar

Back to top button