İdman

Ançelotti: “Bir mövsümdə 10 qol vurmasa, məşqçilik lisenziyamı cıracağam”

“Real”ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Federiko Valverdenin çıxışı ilə bağlı zarafat edib .

Qol.az-ın “Marca”ya istinadən məlumatına görə, o, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Leyptsiq”ə qalib gəldikləri (2:0) görüşdən sonra açıqlama verib. O, bu mövsüm “Real”ın heyətində 8 oyunda 3 qol vuran və 2 qol ötürməsi verən 24 yaşlı yarımmüdafiəçi haqda deyib:

“Məni ən çox təəccübləndirən onun çox az qol vurması idi. Ötən mövsüm onun cəmi bir qolu var idi. Federikoya dedim ki, daş kimi ayağı var. O, “Leyptsiq”lə matçda sol cinahdan qol vurdu. Federikoya ddedim ki, bir mövsümdə ən azı 10 qol vurmasa, məşqçilik lisenziyamı cırıb, atacağam. Onu öz mövqeyində dünyanın ən yaxşısı adlandırmaq hələ tezdir. Bir az gözləmək lazımdır”.

Qeyd edək ki, Federiko 2017-ci ildən “Real”ın futbolçusudur.

Bənzər yazılar

Back to top button