Siyasət

Yerevanda Azərbaycan tərəfdə 100 erməninin cəsədinin olduğuna inanmırlar

Ermənistan hakimiyyəti Bakının 12-13 sentyabr döyüşləri zamanı həlak olan 100-ə yaxın erməni əsgərin cəsədini təhvil verməyə hazır olması barədə bəyanatını şərh etmir.

Baş nazir Nikol Paşinyan parlamentdə deputatlardan birinin “Azərbaycan tərəfdə 100 erməni hərbçinin cəsədinin olması doğrudurmu?” sualına dəqiq cavab verməyib.

“Bu günə qədər həlak olanların sayını dərc etmişəm. Təbliğat tezislərini qaldırmamağı və müzakirə etməməyi təklif edirəm”, – o deyib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyəti cəsədlərin təhvil verilməsi barədə təklif aldığını təsdiqləyib. Lakin həlak olanların cəsədlərinin Ermənistana nə vaxt və harada veriləcəyi məlum deyil.(Turan)

Bənzər yazılar

Back to top button