Hadisə

“Azərsu” çarəsiz qalan masazırlılara su əvəzinə məsləhət verir (ŞİKAYƏT)

İstilərin bu qızmar vaxtında Masazır qəsəbəsinin sakinləri susuz qalıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında qəsəbənin Nizami, Rafiq Dünyamalıyev, Hüseyn Cavid küçələrinin sakinləri məlumat verib. Yerli sakinlər redaksiyamıza ünvanladığı məktubda 4 gündür susuz qaldıqlarını və qəsəbədə pandemiyanın ilk tələblərindən olan təmizliyə riayət olunmadığını bildiriblər:

“Biz, Abşeron rayonu, Masazır kəndinin bir qrup sakini (Nizami, Rafiq Dünyamalıyev, Hüseyn Cavid küçələri) artıq xeyli müddətdir ki, su təchizatı baxımından ciddi çətinliklərlə üz-üzəyik. “Azərsu” bizi su problemi girdabına atsa da, bu vəziyyətdən çıxarmaq üçün heç bir iş görmür. Səbrimiz isə artıq tükənməkdədir. Təsəvvür edin ki, son olaraq 4 gündür yaşadığımız əraziyə su verilmir. Bundan öncə də su təchizatında uzun fasilələr müşahidə olunub.

“Azərsu” ASC-nin “Qaynar xətti”nə müraciətlərimiz heç bir fayda vermir. Sanki sonsuz dəryaya daş atırsan. Pandemiya ilə əlaqədar təmizliyə riayət olunması barədə tövsiyələr verirlər. Bunu məmnuniyyətlə də yerinə yetirmək istərdik. Amma hansı su ilə? Ümid edirik ki, müvafiq təşkilatlar bir hərəkətə gələr, adi vətəndaşın da səsini, nəhayət, eşidər”.

“Azərsu” ASCnin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, havaların isti keşməsi suya olan tələbatı artırıb:

“Üstəlik vətəndaşların Bakı ətrafı bağ evlərinə köçməsi suya olan tələbatı daha da artırıb. Ona görə biz bu artımların fonunda rejimlərin tənzimlənməsi işlərini həyata keçiririk. Hazırda mütəxəsislər hadisə yerindədir. Çalşırlar ki, problem həllini tapsın. Biz də bütün vətəndaşlara müraciət edib xahiş edirik ki, sudan qənaətlə istifadə etsinlər. Xüsusən də bağ evlərində suvarma məqsədlərib ilə istifadə olunan suyun israfçılığına yol verməsinlər. Bakıətrafı ərazilərdə alternativ suvarma mənbələri yoxdur. Ona görə insanlar içməli sudan həm də suvarma məqsədi kimi istifadə edir. Bunun özü də suyun bəzi ərazilərə gedib çatmamasına səbəb olur”.

Bənzər yazılar

Back to top button