Cəmiyyət

Təhsil Nazirliyi valideynlərə çağırış etdi

Təhsil Nazirliyi orta məktəb şagirdlərinin valideynlərinə müraciət edib.

AzToday.az bildirir ki, təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, tədris mərkəzində xüsusi nəzarət olsa da, məktəb qarşısında sıxlıq yaranır: “Valideynlərdən xahiş edirik ki, məktəblrin qarşısında sıxlıq yaratmasınlar, sosial məsafə saxlasınlar. Əgər ailə üzvlərində yoluxma varsa, uşağını məktəbə gətirməməlidir və bu barədə məktəb rəhbərliyinə məlumat versinlər.

Ötən il belə bir hal olmuşdu, valideyin COVİD-ə yoluxan şagirdi məktəbə gətirmişdi. Bu cür hallara valideynlərə yol verməsinlər”.

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Bənzər yazılar

Back to top button