Dünya

“Google”da ən çox axtarılan görməli yerlər

“Globehunters” xidməti “Google” axtarış sistemində ən çox axtarılan görməli yerləri açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, ilk üçlükdə ABŞ-ın Anahaym, Fransanın Paris və ABŞ-ın Orlando şəhərində yerləşən “Disneyland”lər qərarlaşıb.

Dördüncü yeri Hindistanın Tac-Mahal sarayı, beşinci yeri Perunun Maçu-Pikçu inklər şəhəri, altıncı yeri isə Arizonanın (ABŞ) Böyük Kanyon Milli Parkı tutub.

Bundan əlavə, ən çox axtarılan görməli yerlər siyahısında Dubayın Bürc-Xəlifəsi və Parisin Eyfel qülləsi də yer alıb.

Bənzər yazılar

Back to top button