İqtisadiyyat

Bahalaşmanın qarşısını necə almalı: İnzibati, yoxsa?.. – Deputat

“Ərzaq məhsullarının qiyməti qeyri-ərzaq məhsullarının qiyməti ilə müqayisədə daha çox artdığı üçün bütövlükdə istehlak bazarında monitorinqlərin gücləndirilməsi, xüsusən də süni şəkildə qiymət artımlarının qarşısının alınması çox vacidbir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramlı deyib. Deputatın fikrincə, növbəti aylarda da bu tendensiyanın davam etməməsi üçün istehlak bazarına nəzarət gücləndirilməlidir:

“Dövlət Statistika Komitəsinin məlumatından görsənir ki, bu ilin yanvar ayında ərzaq məhsullarının qiyməti digər məhsullarla müqayisədə daha çox artıb. Rəsmi statistikaya görə, ərzaq məhsullarının qiymətində 4,6% olsa da, ümumi inflyasiya səviyyəsi 3,3 %, qeyri-ərzaq məhsulları üzrə artım 3,5% olub. Yəni, praktik olaraq biz qeyri-ərzaq, eyni zamanda digər xidmətlərlə müqayisədə ərzaq məhsullarının qiymətlərinin daha çox artdığını müşahidə edirik. Bu bir tərəfdən bütövlükdə istehlak bazarında, xüsusən də ərzaq məhsullarının qiymətlərinin optimallaşdırılması baxımından monitorinqlərin daha da intensivləşdirilməsini zəruri edir. Eyni zamanda, növbəti aylarda da bu tendensiyanın davam etməməsi üçün bütövlükdə qanunvericilik çərçivəsində istehlak bazarına nəzarətin gücləndirilməsini gündəmə gətirir. Söhbət inzibati metodlardan deyil, bazar qanunları, eyni zamanda liberal iqtisadiyyatın diqtə etdiyi şərtlər çərçivəsində istehlak bazarının tənzimlənməsindən gedir”.

Vüqar Bayramlı hesab edir ki, bu baxmdan əsas məqsəd ərzaq məhsullarnın qiymətlərində artımın optimallaşdırılmasına nail olmaqdan ibarətdir:

“Düşünürəm ki, Dövlət Statistika Komitəsinin son rəsmi açıqlaması, həm də fevral ayında istehlak bazarında monitorinqlərin keçirilməsini daha da zəruriləşdirir”.

Bənzər yazılar

Back to top button