Siyasət

IBAHRI və MediaDefense vəkil Elçin Sadıqovu azad etməyə çağırıblar

İki beynəlxalq hüquq-müdafiə strukturu – Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI) və KİV-in Müdafiəsi (MediaDefence) insan hüquqları üzrə vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının barəsində qaldırılmış cinayət işlərindən narahat olduqlarını bildiriblər.

Cənab Sadıqovun həbs edilməsi üsulu və saxlanması ona qarşı tətbiq edilən prosedurların qanuniliyi, onların insan hüquqları sahəsində beynəlxalq standartlara uyğunluğu ilə bağlı ciddi narahatlıq yaradır.

Onun evində və ofisində axtarış zamanı cənab Sadıqovun üzərində işlədiyi işlərə aid materiallar, eləcə də elektron qurğular hakimiyyət tərəfindən götürülüb. Bu materiallar hüquqi peşəkar imtiyazla qorunur və ciddi insan hüquqları pozuntularına dair məxfi informasiyanı ehtiva edir. Bu material dərhal geri qaytarılmalıdır, bəyanatda deyilir.

Sənəd müəllifləri qeyd edirlər ki, Elçin Sadıqova qarşı həyata keçirilən tədbirlər tək hal deyil, Azərbaycanda siyasətçilər, jurnalistlər, vəkillər və hüquq müdafiəçiləri daxil olmaqla, tənqidi səslərin təqib olunması tendensiyasını əks etdirir. Hüquq sistemindən bu sonuncu sui-istifadə hüquq pozuntuları qurbanlarının ziyanına olmaqla, Azərbaycanda insan hüquqlarının müdafiəsilə məşğul olan hüquqşünaslara qorxuducu təsir göstərir.

“Sadıqov dərhal azad edilməlidir, insan hüquqları sahəsində beynəlxalq standartlara uyğun olaraq onun hüquq və azadlıqlarına hörmət olunması təmin edilməlidir. Bundan öncə Avropa Şurasının insan hüquqları üzrə komissarının dediyi kimi, Azərbaycan hakimiyyəti “hüquq müdafiəçiləri və kütləvi informasiya vasitələri işçilərinin öz işlərini təhlükəsiz və sərbəst yerinə yetirməsini təmin etməlidir”, – bəyanatda deyilir. Bəyanatı IBAHRI direktoru baronessa Helena Kennedy K.K və MediaDefense baş direktoru Alinda Vermeer imzalayıblar.(Turan)

Bənzər yazılar

Back to top button