GündəmManşetSiyasət

ABŞ Zaxarovanın şərhlərini təkzib edir və Rusiyanı Qafqazda sülh səylərini pozmaqda ittiham edir

ABŞ Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh prosesində Qərbin roluna verdiyi xarakteristikanı təkzib edib.

“Cənubi Qafqazda sülhə yardım bizim üçün davamlı prioritetdir”, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel cümə günü telefon brifinqi zamanı Turan-ın suallarına cavabda bildirib.

Patelin şərhləri Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın Vaşinqtonu və Brüsseli Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli razılaşmaları pozmaq cəhdində, habelə regionda təhlükəsizlik sistemini dəyişdirmək cəhdində ittiham etməsinə cavab olaraq səslənib.

Patel xatırladıb ki, Cənubi Qafqazda sülhə yardım Bayden administrasiyası, xüsusən dövlət katibi Blinken üçün “davamlı prioritet olaraq qalır”, “onun Ermənistan və Azərbaycan liderləri ilə birbaşa əlaqələri və bilavasitə qarşılıqlı fəaliyyəti bunu göstərir”.

“Və bu, bizim diqqət yetirməyə davam edəcəyimiz məsələdir”, deyə o bildirib.

Rusiyaya gəlincə, Patel deyib ki, “… məsələ ondadır ki, Rusiyanın təcavüzü və birtərəfliliyi Minsk Qrupu formatında bir sıra səyləri və məhsuldar iş perspektivlərini sarsıdıb”.

Vaşinqton bütün istiqamətlərdə, istər ikitərəfli əsaslarla, istər Aİ çərçivəsində mexanizmlər və ya ATƏT vasitəsilə sülhə yardıma “sadiq qalır”, deyə Patel qeyd edib.

Bənzər yazılar

Back to top button