Azərbaycanda bu banklar zərərlə işləyir – Ekspertdən xəbərdarlıq

Print Friendly, PDF & Email

Banklara əmanət yerləşdirilməsi zamanı ehtiyatlı olmaq lazımdır.

Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib.

İqtisadçı qeyd edib ki, bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə bəzi bankların durumu nisbətən sabitləşsə də bütövlükdə bank sektoru izafi likvidlik və vaxtı keçmiş borclar probleminə görə hələ də böhrandan çıxa bilməyib:

“Bu da bəzi banklarda əmanətlərin qaytarılması riskini artırır. Hesabat məlumatlarına görə (Naxçıvan bank istisna olmaqla) ötən ilin 1-ci rübündə xalis mənfəətə malik olmayan bankların sayı 11 idisə, bu ilin ilk rübünün nəticələrinə görə zərərlə işləyən bankların sayı 7-yə qədər azalıb və onların 5-i ikinci ildir ki, davamlı olaraq xalis mənfəətsiz fəaliyyət göstərir.

1 aprel 2018-ci il tarixə olan məlumata görə, bu banklar arasında ən böyük zərər (247 milyon manat) “Bank VTB” (Azərbaycan) ASC-nin fəaliyyətində qeydə alınıb. Bu bankda zərərin məbləğinin kəskin artması bütövlükdə bank sektorunun 1-ci rübdəki fəaliyyətini mənfəətsiz edib. Odur ki, əmanətlərin yerləşdirilməsi zamanı ehtiyatlı olun.

TuranBank ASC -0.2 milyon AZN
Nikoil Bank İKB ASC -0.3 milyon AZN
Muğanbank ASC -1.8 milyon AZN
AGBank ASC -3.2 milyon AZN
Amrahbank ASC -5.4 milyon AZN
AccessBank QSC -8.6 milyon AZN
Bank VTB (Azərbaycan) ASC -247.4 milyon AZN