GündəmSiyasət

AŞPA-da Azərbaycan əleyhinə məruzənin müəllifi Qarabağda etnik təmizləmə olduğundan əmin deyil

AŞPA-nın Qarabağa dair məruzəsi kiməsə qarşı yönəlməyib, o, yardım göstərilməsinə yönəlib. Bu barədə AŞPA-nın Xorvatiyadan olan deputatı Domaqa Xaydukoviç AŞPA-nın onun 15840 nömrəli məruzəsinə əsaslanan 2517 nömrəli qətnaməsini (2023) şərh edərkən bildirib.

“Regiona sabitlik və sülh ermənilərin Qarabağa qaytarılması və reinteqrasiyası vasitəsilə qayıda bilər. Heç kim Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoymur. Bu bütövlük həm də ərazidə hadisələrə görə məsuliyyətdən irəli gəlir. Sizə ölkəmin (Xorvatiya) təcrübəsindən də danışa bilərəm, biz də burada hərbi əməliyyat həyata keçirdik və əhali (serblər) ölkəni tərk etdi. Buna görə reinteqrasiya prosesi uzun prosesdir və onu həyata keçirmək üçün hər iki tərəfin xoş məramına ehtiyac var”, deyə Xadukoviç Azərbaycanlı jurnalistlərlə söhbətində bildirib.

Avropa İttifaqı Qarabağdakı böhranla əlaqədar Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilərmi və Azərbaycan qazını almaqdan imtina edə bilərmi? Xaydukoviç Turan-ın müxbirinin bu sualına cavab verməkdə çətinlik çəkib, bunun Aİ-nin müstəsna səlahiyyəti olduğunu bildirib. Eyni zamanda, o, Qarabağ ermənilərinin reinteqrasiyası həyata keçirildiyi təqdirdə belə bir perspektivi istisna edib.

O, həmçinin Azərbaycanın vəziyyətlə yerində tanış olmaq üçün regiona AŞPA və digər beynəlxalq təşkilatların missiyasını dəvət edəcəyinə ümid etdiyini bildirib.

Turan-ın erməni əhalinin özünün regionu tərk etmək qərarı qəbul etdiyini nəzərə alaraq, Azərbaycanın ünvanına səslənən Qarabağda etnik təmizləmələr haqqında ittihamlarla razı olub-olmadığı haqqında sualına cavabda Xaydukovuç deyib ki, onun məruzəsində “etnik təmizləmə şübhəsindən” bəhs edilir.

“Mən bunda kimisə ittiham etmirəm, zamanla və beynəlxalq təşkilatlar regiona baş çəkdikdən sonra hər şey aydın olacaq”.

Bənzər yazılar

Back to top button