Dünya

Qazaxıstan paytaxtına Astana adı geri qaytarıldı

Qazaxıstan parlamenti konstitusiyaya dəyişikliklərini təsdiqləyib, 7 illik prezidentlik müddətinə və paytaxtın adının dəyişdirilməsinə icazə verib.

TASS xəbər verir ki, Qazaxıstan parlamentinin hər iki palatası konstitusiyaya yeddiillik prezidentlik müddətinin tətbiqini nəzərdə tutan əlavələr haqqında qanunu iki oxunuşda qəbul edib.

Həmçinin paytaxtdan Nursultan adının götürülməsi və əvvəlki Astana adının qaytarılması təsdiqlənib.

Qazaxıstan parlamentinin deputatı Aydos Sarım bildirib ki, Qazaxıstan paytaxtının əvvəlki Astana adının qaytarılması ilk növbədə simvolik məna daşıyır. Onun sözlərinə görə, Nur-Sultanın adının dəyişdirilməsi cəmiyyəti parçalayan məsələlərin gündəmdən çıxarılmasına hesablanmış siyasi addımdır.

İyun ayında Qazaxıstanda konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Yerli Mərkəzi Seçki Komissiyasının məlumatına görə, sənədə dəyişiklikləri səs verən vətəndaşların 77 faizindən çoxu dəstəkləyib.

Bənzər yazılar

Back to top button