İqtisadiyyat

2023-cü il büdcəsinin ilkin rəqəmləri

Maliyyə Nazirliyi 2023-cü ilin dövlət büdcəsinin ilkin rəqəmlərini açıqlayıb. Novator.az-ın məlumatına görə, layihədə 30 milyard 720,7 milyon manat gəlir, 33 milyard 300 milyon manat xərc nəzərdə tutulur, büdcə kəsiri 2 milyard 579,3 milyon manat göstərilir.

Bir barrel neftin qiymətini büdcədə 50 dollardan götürmək planlaşdırılır.

Gəlir mənbələri üzrə proqnoz belədir: Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar – 13 milyard 402 milyon manat, Dövlət Neft Fondundan transfert – 11 milyard 280 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar – 4 milyard 750 milyon manat, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları – 750 milyon manat, sair gəlirlər – 538,7 milyon manat.

Xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 6 milyard 884,9 milyon manat, müdafiə və milli təhlükəsizlik – 5 milyard 320,1 milyon manat, sosial müdafiə və sosial təminat – 4 milyard 411,8 milyon manat, təhsil – 4 milyard 403,8 milyon manat, ümumi dövlət xidmətləri – 3 milyard 779,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 744,4 milyon manat, səhiyyə – 1 milyard 905,1 milyon manat, kənd təsərrüfatı – 1 milyard 202,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 542,8 milyon manat, ətraf mühitin mühafizəsi – 363,3 milyon manat, mənzil və kommunal təsərrüfatı – 355,1 milyon manat, əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 386,9 milyon manat.

Bənzər yazılar

Back to top button