Dünya

Rusiyaya terroru ermənilər gətirib: Moskvada silsilə partlayışlar, 7 ölü, 37 yaralı (FOTO/VİDEO)

“Moskvada ilk irimiqyaslı terror aktlarını 1977-ci ildə erməni millətçiləri törədib. Zatikyanın qrupu”.

Qaynarinfo xəbər verir ki, bu barədə rusiyalı tanınmış jurnalist və hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Kotoçenko bildirib.

Bəs Zatikyan kimdir, söhbət hansı terror aktlarından gedir?

Stepan Zatikyan Ermənistan Milli Birlik Partiyasının qurucusu, erməni millətçisi və Moskvada silsilə terror aktlarının təşkilatçısı olub. O, əslində terror təşkilatı olan Milli Birlik Partiyasını rəssam Aykazun Xaçatryan və tələbə Şaqen Arutyunyanla birgə yaradıb. Onlar həmçinin gizli şəkildə “Mayak” adlı qəzet dərc edib.

1968-ci ildə Zatikyan və tərəfdarları anti-sovet təbliğatı apardıqlarına görə həbs edilib. 1972-ci ildə azadlığa çıxan Zatikyan fəaliyyətini yenidən davam etdirib. 8 yanvar 1977-ci il tarixdə isə Stepan Zatikyan, tərəfdarları Akop Stepanyan və Zaven Baqdarsan Moskvada silsilə terror aktları törədib.

Birinci partlayış saat 17.33-də Moskva metrosunun “İzmayılovskaya” və “Pervomayskaya” stansiyaları arasında keçiddə, ikinci partlayış 18.03-də Dzerjinski küçəsində SSRİ DTK-nın binasının yaxınlığındakı 15 saylı, üçüncü partlayış isə 25 Oktyabr küçəsindəki 5 saylı ərzaq dükanlarında baş verib. Nəticədə 7 nəfər həlak olub, 37 nəfər yaralanıb.

20 yanvar 1979-cu ildə Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan məhkəmənin qərarı ilə ölüm hökmünə məhkum ediliblər. Hökm elə həmin gün icra olunub. Lakin konspiroloji nəzəriyyələrə görə, adıçəkilən şəxslər azadlığa buraxılıb, onların yerinə isə 3 nəfər kimsəsiz güllələnib.

Həmin vaxt Ermənistan rəhbərliyi baş verənlərə hər hansı reaksiya verməyib. Hətta Ermənistan SSR-nin Mərkəzi Komitəsi mətbuata bu barədə yazmağı qadağan edib.


Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button