İdman

“Qalatasaray” Çempionlar Liqasının ilk oyununda qələbə qazandı

Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, ötən axşam 4 qrupda 8 oyun keçirilib.

Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” doğma “Türk Telekom” stadionunda Rusiya çempionu “Lokomotiv”i darmadağın edib – 3:0. Hesabı 9-cu dəqiqədə Hari Rodriges açıb. 67-ci dəqiqədə Eren Derdiyok fərqi artırıb. Oyunda son nöqtəni isə 90+3-cü dəqiqədə penaltidən Selçuk İnan qoyub.

D qrupunun digər oyununda “Şalke” Almaniyada Portuqaliya “Portu”su ilə 1:1 hesablı heç-heçə edib. Bu nəticələrdən sonra “Qalatasaray” 3 xalla vahid lider olub.

Günün mərkəzi qarşılaşması C qrupuna təsadüf edib. İngiltərədə “Liverpul” Fransa PSJ-si ilə görüşdə son dəqiqə qolu ilə qələbə qazanıb – 3:2. Qrupun digər görüşündə “Srvena Zvezda” Serbiyada İtaliya “Napoli”si ilə qolsuz heç-heçə edib.

A qrupunda Avropa Liqasının son qalibi İspaniya “Atletiko”su səfərdə “Monako”nu 2:1, Almaniyanın “Borussiya” (Dortmund) komandası isə Belçikada “Brügge”ni 1:0 hesabı ilə yenməyi bacarıb.

Daha əvvəl B qrupunda “Barselona” İspaniyada Hollandiya PSV-sini 4:0, “İnter” İtaliyada İngiltərə “Tottenhem”ini 2:1 hesabı ilə məğlub edib.

Çempionlar Liqası
Qrup mərhələsi
I tur, 18 sentyabr

A qrupu
“Monako” (Fransa) – “Atletiko” (Madrid, İspaniya) 1:2
Qollar: Samüel Qransir, 18 – Dieqo Kosta, 32. Xose Ximenes, 45+1.

“Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya) 0:1
Qol: Kristian Pulişiç, 85.

B qrupu
“İnter” (İtaliya) – “Tottenhem” (İngiltərə) 2:1
Qollar: Mauro İkardi, 86. Matias Vesino, 90+2 – Kristian Eriksen, 53.

“Barselona” (İspaniya) – PSV (Eyndhoven, Hollandiya) 4:0
Lionel Messi, 32; 77; 87. Usman Dembele, 75.
Qırmızı vərəqə: Samüel Yumtiti, 79 (“Barselona”).

C qrupu
“Srvena Zvezda” (Serbiya) – “Napoli” (İtaliya) 0:0

“Liverpul” (İngiltərə) – PSJ (Fransa) 3:2
Qollar: Daniel Starric, 30. Ceyms Milner 36 (pen). Roberto Firmino, 90+2 – Tomas Mönyö, 40. Kilian Mbappe, 83.

D qrupu
“Şalke” (Almaniya) – “Portu” (Portuqaliya) 1:1
Qollar: Bril Embolo, 64 – Otavio, 75 (pen).
Dəqiq yerinə yetirilməyən penalti: Aleks Telles, 13 (“Portu”).

“Qalatasaray” (Türkiyə) – “Lokomotiv” (Moskva, Rusiya) 3:0
Qollar: Qarri Rodriges, 9. Eren Derdiyok, 67. Selçuk İnan, 90+4 (pen).

Bənzər yazılar

Back to top button