GündəmHadisə

Elçin Sadıqovun apellyasiya şikayətinə baxılması yenidən təxirə salınıb

Vəkil Elçin Sadıqovun həbsindən verilmiş apellyasiya şikayətinə bu günə təyin edilmiş baxış yenidən təxirə salınıb.

Vəkil Bəxtiyar Hacıyevin Turan agentliyinə verdiyi məlumata görə, prosesin təxirə salınmasına səbəb Baş Prokurorluqdan materialların məhkəməyə göndərilməməsi olub. Hakim iclası şənbə günü saat 14:00-a keçirib.

Vəkilin sözlərinə görə, Sadıqov məhkəmədə çıxış edib və öz-özünü müdafiə edib, ona qarşı irəli sürülmüş ittihamları rədd edib. O, əsassız cinayət təqibinə etiraz əlaməti olaraq aclıq etdiyini bildirib.

Sadıqova məhkəmə binasında 7 vəkili ilə məxfi görüş imkanı yaradılıb.

Qeyd edək ki, Sadıqovun həbsindən verilən şikayətə hələ sentyabrın 15-də baxılmalı idi. Amma cümə axşamı o, Baş Prokurorluğa dindirilməyə aparılıb və iclas bu günə təxirə salınıb.

* Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 11-də müvafiq olaraq külli miqdarda rüşvət alma və buna köməkçilik ittihamı ilə həbs olunublar.

Onlar ittihamları qəbul etməyiblər və peşə fəaliyyətləri ilə əlaqələndiriblər.

Bənzər yazılar

Back to top button