CəmiyyətGündəmManşet

Şəhid qardaşının ikinci videosu araşdırılır – Baş Prokurorluq

Dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.

“Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin”, – qeyd olunub.

Bənzər yazılar

Back to top button