Cəmiyyət

Aqil Ələsgər Ağdam səfərindəki davadan yazdı: “Biri replika atıb, digəri adekvat cavab verib”

Bəzi xəbər portallarında, eləcə də sosial mediada Prezident Administrasiyasının təşəbbüsü ilə baş tutan Ağdam səfərində “APA” Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı ilə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı arasında mübahisə düşdüyü haqda məlumatlar yayılıb.

Mübahisə ilə bağlı müxtəlif iddialar dolaşmaqdadır və hətta iki qadın baş redaktorun saçyolduya çıxdığı belə deyilir.

Bu barədə ayrı-ayrı jurnalistlər də sosial şəbəkədə öz fikirlərini açıqlayıblar.

Ağdam səfərində iştirak etmiş jurnalistlərdən biri – “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər feysbuk hesabında hadisə barədə yazıb.

Onun sözlərinə görə, baş redaktorların Ağdam səfəri artıq jurnalistlərin mənzil davasına dönüb: “Səfərdə olanlar susduqca, şaiyələr bər-bəzəklə yayılır. Bir çox həmkarımız da bizdən soruşur və müsbət cavab almadıqda, nəyisə gizlətməkdə suçlayır. Tanıyanlar bilir ki, mən nəyi necə var deyən adamam. Səmimiyyətimə inanırsanız və həqiqəti bilmək istəyirsiniz, o zaman telefonlarınızı yaxın tutun”.

A.Ələsgər yazıb ki, səfər zamanı dava, saçyoldu, stəkan-çaynik fırlatma və ya ucadan söyüşmə baş verməyib. Bəzilərinizin açıq, bəzilərinizin ad çəkmədən dediyiniz şəxslər arasında insident, həm də hörmətıi Hikmət Hacıyevin araya girib sakitləşdirəcəyi heç bir vaqeə baş verməyib. Məsələnin bu şəkildə təqdimatı belə əslində hədəfin kim olduğunu ortaya qoymaqdadır.

– “Xəbər”i yazan çayxana təfəkkürlü bilsin ki, biz yolboyu heç bir çayxanada oturmamışıq. Biz Kürdəmirdə Asan Xidmətdə əyləşmişik və hər bir tərəfi mühafizə kamerası ilə zəngin olan o ərazidə insident baş versəydi, çoxdan kamera görüntüləri əllərdəydi.

– Stəkan və çaynikin pulunun müdiriyyət tərəfindən ofisiantlardan kəsilməsi heç bir halda, hətta Bruss Lee ilə Van Damm dava etsəydi belə, kəsilməyəcəkdi. Çünki stəkanlar kartondan idi. Azı iyirmi litr su tutan dəmir çayniki qaldırıb qarşısındakına fırladacaq adam da bizim səfərdə gedənlər arasında yox idi. Həmin qonaqlar isə nə karton, nə də orada olmayan şüşə stəkanda yox, “çaşka”da çay içirdilər və heç bir “çaşka müharibəsi” də baş verməyib.

– “Dava sonrası” heç bir əlavə nəqliyyat vasitəsi gəlməyib və hər kəs gəldiyi avtobusla Ağdama gedib və oradan da həmin avtobusla geri qayıdıb. Yalnız Lider TV-nin prezidenti Ədalət Əliyev qayıdarkən Bərdədə, yeməkdən sonra hamı ilə, xüsusilə eyni avtobusda gəldiyi həmkarları ilə sağollaşaraq, onun arxasınca gələn avtomobilə minərək, ayrılıb”.

A.Ələsgər qeyd edib ki, qadın jurnalistlər bir-birinə replika atıblar: “Kürdəmirdə xanım media qrup rəhbərlərindən biri digərinə replika atıb, qarşı tərəf də adekvat cavab verib və masadan ayrılıblar. Yəni, maksimum 1 dəqiqəlik sözlü, hər hansısa əl-qol hərəkəti olmadan qarşılıqlı replikalaşma olub və olarkən də çox az sayda şəxs, o cümlədən onlar arasında bir “kişi” jurnalist də olub və məhz o, məsələni bəzəyərək, mətbuata ötürüb. Fərqli qütblərdə olan və bir-birinə sevgi borcu olmayan jurnalistlərin səfəri zamanı o tip replikaların olması da normaldır. Məsələn, bir həmkarımızın Ağdamda büdrəyərək qazılmış məzara üzüqoylu yıxılmasını bir çoxu “torpaq da istəmirmiş gəlməyini” deyə, yorumladı və güldük, keçdik. Məsələ bu qədər bəsitdir və stəkanda fırtına yaratmağa ehtiyac yoxdur. Bundan artığını deyən səhv etmir, böyük qələt edir. Bu qədər də iddialı deyirəm. “Deyirlər”lə deyil, məhz “gördüm” deyərək, cavab vermək istəyən varsa, buyursun”.

Hadisə barədə “Time TV” isə yazıb ki, Kürdəmirdə çay süfrəsi arxasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızı ilə mübahisə edib.

Məlumatda deyilir ki, onu şəxsi həyatı ilə bağlı məlumatları yaymaqda suçlayıb: “Qarşılığında Aynur Camalqızı Vüsalə Mahirqızını ağır formada təhqir edib. Onlarla media işçisinin və prezidentin köməkçisinin yanında Vüsalə Mahirqızının təhqirlərə dözməyərək Aynur Camalqızına armudu stəkan atdığı bildirilir.Aynur Camalqızı isə qışqıraraq deyib ki, Vüsalə Mahirqızı onunla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərova danos ötürüb. Məhz buna görə də Kəmaləddin Heydərovdan gələn maliyyə azalıb. Tərəfləri bir-birindən aralamaq üçün Hikmət Hacıyevin cəhdləri yetərli olmayıb.

Bənzər yazılar

Back to top button