Dünya

Putin Qərbi “iqtisadi eqoizmdən” əl çəkməyə çağırıb

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitindəki çıxışı zamanı Qərb ölkələrinin sanksiyalar siyasətindən əl çəkəcəyinə ümid etdiyini bildirib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Bizim siyasətimizdə hansısa eqoizm yoxdur, ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da eyni prinsiplər üzərində siyasət quracaqlar, proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən istifadəni dayandıracaqlar”, – deyə Putin bildirib.

Sentyabrın 16-da cümə günü ŞƏT-ə daxil olan ölkələrin liderləri dar tərkibdə görüş keçirəcək. Daha sonra onlar geniş tərkibdə iş üçün toplaşacaq, mühüm qlobal və regional məsələlər üzrə iştirakçı ölkələrin mövqelərini əks etdirən Səmərqənd Bəyannaməsini imzalayacaqlar.

Sentyabrın 16-da Rusiya Prezidentinin Hindistanın baş naziri Narendra Modi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button