Siyasət

ÇXR XİN: Azərbaycan və Ermənistan bizim dostlarımızdır

“Azərbaycan və Ermənistan Çinin dostluq, əməkdaşlıq tərəfdaşlarıdır. Ümid edirik ki, hər iki tərəf razılaşdırılmış atəşkəsə hörmətlə yanaşacaq, vəziyyətin daha da gərginləşməsinə yol verməyəcək.

Bu barədə sentyabrın 16-da Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi brifinqdə Ermənistan və Azərbaycan arasında son günlər yaşanan gərginliyə münasibətində deyib.

Sözçü rəsmi Pekinin Cənubi Qafqazda sabitlikdə maraqlı olduğunu söyləyib: “Biz gərginlik və fikir ayrılıqlarının siyasi dialoq yolu ilə həll edilməsinin, regionda sülhün təmin olunmasının tərəfdarıyıq”.(Turan)

Bənzər yazılar

Back to top button