Hadisə

Repressiyalar daha bir müxalifət fəalını ölkədən didərgin salıb

Azərbaycan hakimiyyətinin ölkədə demokratik düşərgənin nümayəndələrinə qarşı davamlı repressiya üsullarından istifadə etməsi müxalif fəalların mühacirətə yollanmasına gətirib çıxardır. Hətta vəziyyət o həddə çatıb ki, artıq ölkəni məcburiyyət ucbatından tərk edən müxalif fəalların valideyinləri övladlarından imtina edilməsinə məcbur edilməklə yanaşı, höküməti tənqid edən yaxınıarına həbs cəzası da verilir. Bu, Stalin repressiyaları illərində yox, son bir neçə ildə Azərbaycanda baş alıb gedən hadisələrdir.

Hazırda Almaniyanın Bayer əyalətində mühacir həyatı yaşayan Musavat Partiyasının üzvü Anar Əliyev və ailəsi Azərbaycan hakimiyyətinin repressiyalarından yaxa qurtarmaqdan ötrü Avropada mühacirətə həyatı yaşamaq məcburiyyətində qalıb. Anar Əliyev aztoday.az-a faktı özü təsdiq edib. Onun sözlərinə görə, siyasətlə məşğul olmasına baxmayaraq o, 2003-cü ildən 2009-cu ilə qədər xırda biznesin müxtəlif sahələri ilə məşğul olub. 2009-cu ildən Şərq bazarı, Sədərək t/m, Karvansaray t/m və s. divar kağızlarının (oboy) fərdi və topdan satışını təşkil edib. 2012-ci ilin yay aylarından başlayaraq Anar Əliyev Azərbaycan hakimiyyətinin təzyiq və təqibləri ilə üzləşməli olub. Belə ki, Anar Əliyev 2012-ci ilin yayında ilkin olaraq özlərini korrupsiya idarəsinin əməkdaşları kimi təqdim edən şəxslər saat 11-12 radələrində ona məxsus mağazaya gələrək Firudin adlı işcisini və mağazalara oboyları paylayan sürücüsünü istifadə etdiyi maşın dolu malla saxlayaraq, həmçinin eyni vaxtda onun özünü bir neçə mülki geyimli şəxslər əsasız olaraq, sadəcə vəsiqə göstərməklə kifayyətlənib, yalançı əsaslarla həbs edərək, evində axtarışlar aparıblar. Anara Əliyevin evində qanunsuz aparılan axtarış zamanı onun ailəsi və oğlu qorxudulub.

Anara Əliyev qeyd edir ki, ümumiyyətlə Azərbaycanda böyük bizneslə məşqul olan şəxslər bilir ki, bu cür hallar bir-iki ildən bir hər bir biznesmenin başına gətirilir. Onun sözlərinə görə, yalançı, böhtan xarakterli əsassız iddialarla ondan 50,000 min manat pul tələb edilib. Lakin o, uzun sürən söhbətdən sonra özlərini korrupsiya idarəsinin əməkdaşları kimi təqdim edən şəxslərlə 25,000 manata razılaşıblar. Həmin gün Anar Əliyev məcbur qalıb sahibi olduğu mağazaların kassalarından 10,000 min manat pulu yığdıraraq onlara verib. Bundan sonra saxlanılan oboy dolu yük avtomobilinin buraxılması isə qalan məbləğin ödəniləcəyi təqdirdə sabaha qədər ona vaxt verilərək azadlığa buraxılıb. Ertəsi gün borc-xərclə cəmi 8000 min manat pul toplayaraq Anara Əliyevdən ümumilikdə 18,000 min manat rüşvət alaraq onu sərbəst buraxıblar.

Anar Əliyev bu illər ərzində Azərbaycan hakimiyyətinin onun başına açdığı müsübətər barədə danışarkən bildirir ki, 2013-cü ildə o Bakıda “Əsgər ölümlərinə son” adlı keçirilən aksiya zamanı saxlanılıb. Anar Əliyev elə həmin ilin mart ayının 10-nu, doğum günündə növbəti “Əsgər ölümlərinə son” adlı aksiyaları zamanı saxlanılaraq 10 sutkalığına həbs edilib. Lakin ondan yenə rüşvət alınaraq azad edilib.

Musavat Partiyasının fəal üzvü Anar Əliyev bildirir ki, 2016-cı ilin oktyabrın 21 də partiyanın rəhbərliyi ilə bərabər 22.10.2016 çı il tarixdə Almaniyanın Frankfurt şəhərində keçiriləcək Müsavat AKM-in konfransında iştirak etmək üçün Gürcüstanın Kutaisu hava limanından Frankfurt şəhərinə yollanıb. 22.10.16 tarixdə tədbir baş tutub və orda AKM-ə sədr, müavinlər, bölgələr üzrə kordinatorlar və s. seçilib. Anar Əliyev isə təxminən Bakıya Almaniyadan özü üçün aldığı avtomobillə, noyabr ayının 22-si qayıdıb. Bir neçə gündən sonra əslən Quba şəhərindən olan Ruslan adlı əsgər yoldaşı vasitəsi ilə ona Azərbaycan höküməti ilə məxvi əməkdaşlıq barəsində təklif gəlib. Ruslanın isə polis orqanlarında çalışdığı qeyd edilir. Anar Əliyev isə bu təklif barədə fikirləşəcəyini Ruslana bildirir. Sonradan bir-iki həftə ərzində, bir neçə dəfə müxtəlif restoranlarda Anar Əliyevə qonaqlıq vermək adıyla, onunla masa arxasında söhbətlər aparılıb.

Anar Əliyevə bu görüşlər müstəsnasında ciddiliyin hansı yöndə olduğundan və həmçinin hansı təhlükələrdən xəbər verdiyindən duyuq düşür. Və o, artıq imtina edəcəyi təqdirdə təhlükəli vəziyyətin yaranacağını nəzərə alaraq, tanıdığı Musavat Partiyasının rəhbərliyində olan dostlarından məsləhət aldıqdan sonra mütləq mühacirətə gedəçəyini qərarlaşdırır. Məsələlər düşündüyü kimi imtinadan sonra başlayır.

Anar Əliyev vasitəçi olan Ruslanla telefon əlaqəsi yaradaraq Azərbaycan hökümətinə işləyə biməyəcəyi barədə ona rədd cavabı verir. Sonra Ruslan Anar Əliyevə onunla görüşüb-danışmaq istədiyini bildirsədə o, müəyyən vasitələrlə görüşdən yayınıb sənədlərini düzəltmək üçün vaxt qazanmağa çalışıb. Həmin ərəfədə Anar Əliyevə telefon zəngləri edilməyinə baxmayaraq o, bu zənglərdən müxtəlif yollarla da yayına bilir. Lakin buna baxmayaraq Ruslan ona daha bir gün zəng vuraraq telefonu Fuad adlı şəxsə verib. Fuad isə Anar Əliyevlə uzun sürən söhbətdən sonra ona bildirir ki, məsələ çox çiddidir əks halda onu böyük təhlükələr gözləyəcəyi ilə təhdid edir. Bundan sonra Anar Əliyevin yaşadığı ünvana rayon polis idarəsinə təcili gəlməklə bağlı bildiriş vərəqələri gəlir. Məsələnin bir daha ciddiliyini nəzərə alaraq Anar Əliyev ailə üzvləri və valideyinləri ilə məsləhətləşmələr apararaq ölkəni təcili sürətdə tərk edib mühacirədə yollanmaq qərarına gəlir.

Anar Əliyev Almaniyaya mühacirətə getdiyi vaxtdan bu günə kimi siyasi fəaliyyətini davam etdirir. O qeyd edir ki, onun ölkədən mühacirət etməsi özünün, atasının və ailə üzvlərinin Musavat Partiyasının üzvü olması ilə əlaqədardı. Anara Əliyev sonda qeyd edir ki, Azərbaycan hakimiyyətinin insanların siyasi baxışlarına və müxalif fəaliyyətinə görə təqiblərinə, təzyiqlərinə və həbslərinə məruz qalmalarına baxmayaraq onun siyasi mübaruzəzi ölkəsinin rejimin işğalından azad ediləcəyi günə qədər davam edəcək.

Firdovsi Əsədov

Bənzər yazılar

Back to top button