Dünya

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ 4,9 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Ərzurumun Çat rayonunda yerləşib.

Zəlzələ ətraf əyalətlərdə də hiss olunub. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Bənzər yazılar

Back to top button