GündəmManşetSiyasət

Sülhməramlılar Qarabağda daha üç müşahidə postunu bağladı

“Son 24 saat ərzində Qarabağda Rusiya sülhməramlıları iki daimi və bir müvəqqəti müşahidə məntəqəsini bağlayıb”.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində tərəflərin təmas xəttindən mühafizə postlarının tərksilah edilməsi və geri çəkilməsi ilə əlaqədar Şuşa və Əsgəran rayonlarında iki, Ağdam rayonunda isə bir müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, – məlumatda deyilir.
Xatırladaq ki, dünən Qarabağın Əsgəran, Ağdərə və Şuşa rayonlarındakı müvəqqəti müşahidə məntəqələrinin işini dayandırılması barədə Rusiya MN məlumat yaymışdı.(yeniavaz.com)

Bənzər yazılar

Back to top button