Dünya

Rusiya KİV Türk ordusuna hücumda Kremlin iştirakını etiraf etdi, “Anadolu” isə…

İdlibdəki Türk karvanına Rusiya-Suriya birgə hücumu zamanı təxminən 33 türk əsgəri həlak olub.

Qaynarinfo xəbər verir ki, bu sözlər Korrespondent.net-in məlumatında yer alıb. Sayın verdiyi xəbərdə deyilir:

“Suriya Hərbi Hava Qüvvələrinin bombardmançıları Rusiya hərbi təyyarələri ilə birlikdə Suriyadakı Türk ordusunun bir konvoyuna hücum edib. Bu barədə jurnalist və hərbi analitik Babak Taqvey 27 fevral axşamı öz Twitter səhifəsində məlumat verib”.

“Onun sözlərinə görə, hücum İdlibin Cəbəl-əz-Zaviyə bölgəsində törədilib. Reyd nəticəsində 33 nəfər ölüb. Anadolu agentliyi isə İdlibdə “Əsəd rejimi ordusunun hava hücumu nəticəsində” 22 Türk əsgərinin öldüyünü bildirir”, – Korrespondent.net “Anadolu”nun verdiyi xəbərdə hücum edən tərəfin Əsəd rejiminin tək göstərilməsinə işarə edərək əlavə edib.

Bənzər yazılar

Back to top button