Siyasət

Yerevan 10-dan çox erməni hərbçinin əsir düşdüyünü bildirir

Sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhədində döyüşlər zamanı 10-dan çox erməni hərbçi əsir düşüb. Bu barədə KİV-ə Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Asmik Samvelyan bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi əsir düşən ermənilərin taleyilə bağlı Azərbaycana sorğu göndərib. O həmçinin bildirib ki, Ermənistan Azərbaycanı hərbi cinayətlərdə ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 12-13 sentyabr hərbi əməliyyatları zamanı erməni hərbçilərin əsir düşməsi haqda məlumat yaymayıb. (Turan)

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button