DünyaManşet

Yerevan Kollektiv Təhküləsizlik Müqaviləsi Təşkilatını açıq şəkildə tənqid edir

Ermənistanın Azərbaycanla hərbi münaqişəyə müdaxilə etmək çağırışına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sönük reaksiyası rəsmi Yerevanın kəskin tənqidinə səbəb olub.

Əgər əvvəllər bu tənqid ekspertlərdən və Qərbpərəst siyasətçilərdən gəlirdisə, indi ölkənin birinci şəxsləri narazılıq edirlər. Belə ki, parlamentin spikeri Alen Simonyan deyib: “Bizim gözləntilərimiz özünü doğrultmur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının niyə lazımi tədbirləri görmədiyini xalqa izah etmək bizim üçün çətin olacaq. Təbii ki, biz nəticə çıxardıq”.

Simonyan xatırladıb ki, Ermənistanla Rusiya arasında dostluq və qarşılıqlı yardım haqqında saziş var və onun sözlərinə görə, erməni tərəfi Moskvadan daha nəzərəçarpacaq hərəkətlər gözləyir, bəyanatlar yox.

O həmçinin Rusiya ictimai telekanallarının efirində Ermənistan hakimiyyətinin ünvanına “təxribatçı” bəyanatlardan hiddətləndiyini bildirib.

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin qarşıdakı səfərinə toxunan Simonyan qeyd edib ki, Pelosi onun dəvətilə gəlir. “Onun Ermənistana səfəri məhz təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edəcək”, – spiker deyib.

Öz növbəsində, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan daha konkret şəkildə bildirib ki, “Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından tələbi Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasına hərbi və hərbi-siyasi yardım göstərilməsi idi, lakin bu, indiyədək yerinə yetirilməyib”- o, “Azatutyun” radiosuna bildirib.

«Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının indiyədək lazımi reaksiya verməməsi gözləntilərimizin özünü doğrultmadığı anlamına gəlir”, – o deyib.

Bənzər yazılar

Back to top button