İdman

Dani Alveş: “Messi məni üstələsə, 50 yaşıma qədər oynayacağam”

“Barselona”nın sabiq futbolçusu, hazırda “Pumas”da (Meksika) çıxış edən Dani Alveş hələ futbolçu karyerasını bitirmək fikrində deyil.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, 39 yaşlı müdafiəçi bu barədə özü bildirib. Alveş deyib:

“Mən gələcək haqqında düşünməyi sevmirəm, çünki proqnozlaşdırmaq mümkün deyil. Qoy həyat öz axarı ilə getsin. Lionel Messi məni kuboklarda üstələsə , 50 yaşıma qədər oynayacağam”.

Qeyd edək ki, D.Alveş karyerası ərzində “Sevilya”, “Yuventus”, PSJ kimi komandalarda oynayıb.

Bənzər yazılar

Back to top button