Cəmiyyət

“O elə üz qoymayıb ki, onu Bakıya dəvət edim” – Şeyxülislam

“Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək”.

AzToday.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bunu bu gün Təzəpir məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, görüşə ermənilərin Katolikosu II Qareginin dəvət olunması məsələsinə baxılacaq: “O elə üz qoymayıb ki, onu Bakıya dəvət edim. Vaxtı ikən onu Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda iştirak edib. Bu gün erməni katolikosu başda olmaqla erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ edir. Bu gün heç cürə razılaşmır ki, Azərbaycan öz torpaqlarını azad edib. Onlar hələ də razılaşmır ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Biz ona təklif etdik ki, bunu qəbul eləsin, biz onu qəbul edək. Həyat davam edir, bir gün gələcək, o bunu başa düşəcək”.

Bənzər yazılar

Back to top button